CENNET GÖRMEK İSTEYEN AZERBAYCANA GELSİN

CENNET GÖRMEK İSTEYEN AZERBAYCANA GELSİN

"Azərbaycana gəlsin" Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət, Günəşdən də parlaqdır gözümdən bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir, Dostluğun-qardaşlığın təməllərindən gəlir. Könüllərin müqəddəs əməllərindən gəlir, Qüdrət görmək istəyən Azərbaycana gəlsin. Saysız qəhrəmanların Qurub yaradanların, Qocasında, gəncində, bu sadə insanların Şöhrət görmək istəyən Azərbaycana gəlsin! Payızında, qışında, baharında, yazında Dinir dostluq nəğməsi könüllərin sazında. Sabaha addımlayan mərd oğlunda, qızında Qeyrət görmək istəyən Azərbaycana gəlsin! Zavalsızdır ömürlük qoynundakı bağça, bağ, Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq, Al bayraqlar altında alnı açıq, üzü ağ, Millət görmək istəyən Azərbaycana gəlsin! Süleyman Rüstem

 

Paylaş